Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir.
Hazırda işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.
Həmin tunellərin 17-si Kəlbəcər-Laçın (12 min 964,61 metr), 7-si Əhmədbəyli-Füzuli-Şuşa, (12 min 690,6 metr), 7-si Xudafərin-Qubadlı-Laçın (2 min 358 metr), 3-ü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (12 min 32,79 metr), 5-i isə Toğanalı-Kəlbəcər-İstisu (25 min 926,97 metr) avtomobil yollarında inşa olunur.
“Xalq qəzeti”