“Azərişıq” regionlarda elektrik şəbəkəsini təzələyir

post-img

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən aldığı­mız məlumata əsasən, “Azərişıq” hazır­da Samux rayonunun Qədili, Seyidlər və Sarıqamış kəndlərində müvafiq layihələr icra edir, istismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzlərini yeniləyir. 

İndiyədək üç kənddə ümumilikdə 10 KTM quraşdırılıb və abonentlərin bütün sayğacları yenilənib.

Bununla yanaşı, “Azərişıq” ASC Gədəbəy rayonunun ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şə­bəkələrini yenidən qurur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izolyasi­yalı naqillərlə əvəzlənir, köhnə dayaq­lar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.

Bütün bunlardan əsas məqsəd adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununla da itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiy­yətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.

Xatırladaq ki, investisiya layihəsi bü­tün regionlarda 100-dən çox kəndi əhatə edir.

“Xalq qəzeti”

Son xəbərlər