“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) vətəndaş müraciətlərinin daha operativ və keyfiyyətli şəkildə cavablandırılmasını təmin etmək üçün Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirib. Bu məqsədlə yeni *9707 qısa nömrəsi istifadəyə verilib. Ölkəxarici nömrələrdən zəng edənlər üçün isə +994 12 525 97 07 nömrəsi nəzərdə tutulub. Bu barədə XQ-yə İcbari Sığorta Bürosundan məlumat verilib.
Bildirilib ki, Çağrı Mərkəzi vətəndaşlara 7 gün 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Vətəndaşlar Çağrı Mərkəzinə müraciət edərək İcbari Sığorta Bürosunun informasiya sisteminə daxil olan 5 icbari sığorta növü (daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), “Yaşıl Kart” sığorta sistemi, kompensasiya ödənişləri və qurumun səlahiyyətlərinə aid digər məsələlər barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.
Çağrı Mərkəzi müraciətlərin qəbulunu və yönləndirilməsini sürətləndirən innovativ sistemlərlə təchiz olunub. Əməkdaşlar xüsusi təlimlərə cəlb edilərək kommunikasiya texnologiyaları, müştəri xidməti standartları və effektiv ünsiyyət bacarıqları üzrə dərin biliklər əldə ediblər. Mərkəzə daxil olan bütün müraciətlər avtomatik olaraq qeydiyyata alınır və cavablandırılma prosesi tam şəkildə izlənilir. Zəngin qəbul edilmədiyi hallarda vətəndaşla əks əlaqə yaradılır və müraciətlərin vaxtında həlli təmin edilir. Çağrı Mərkəzi vasitəsilə göstərilən bütün xidmətlər ödənişsizdir.
Xatırladaq ki, İcbari Sığorta Bürosu Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Qurum yeni Çağrı Mərkəzi vasitəsilə isə vətəndaş məmnuniyyətini artırmağı və xidmət keyfiyyətini yük-
sək səviyədə təmin etməyi hədəfləyir.
İcbari Sığortada çağrı xidməti yenilənib
- İqtisadiyyat
- 11:44 09.01.2025
- Oxunma sayı: 519

Açar sözlər:
Paylaş:
Xızı–Abşeron KES-də günəş panelləri də quraşdırılıb
11:49 09.01.2025İqtisadiyyat
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Şuşada
15:06 10.09.2025Yanvar-avqust aylarında nə qədər Ümumi Daxili Məhsul istehsal olunub
15:03 10.09.2025Təminatsız bazarda əqdlərin sayı 19 faiz artıb
12:38 10.09.2025“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
11:36 10.09.2025Ölkəmizdə istilik sektoru karbondan imtina edir
11:03 10.09.2025Bakı Su Həftəsi dünyanı su aydınlığına çağırır
10:51 10.09.2025Süni intellekt seysmik tədqiqata qoşulub
10:48 10.09.2025Təmiz Enerji Mərkəzində müzakirə
10:48 10.09.2025-
- 22:08 10.09.2025
-
- 20:41 10.09.2025
-
- 19:40 10.09.2025
-
- 19:16 10.09.2025
-
- 19:08 10.09.2025
-
- 18:42 10.09.2025
-
- 18:32 10.09.2025
-
- 17:58 10.09.2025
-
- 17:27 10.09.2025
-
- 17:14 10.09.2025
-
- 17:10 10.09.2025
-
- 17:08 10.09.2025
-
- 16:58 10.09.2025
-
- 16:43 10.09.2025
-
- 16:40 10.09.2025
-
- 16:37 10.09.2025
-
- 16:35 10.09.2025
-
- 16:26 10.09.2025
-
- 16:16 10.09.2025
-
- 15:48 10.09.2025
-
- 15:08 10.09.2025
-
- 15:06 10.09.2025
-
- 15:03 10.09.2025
-
- 14:32 10.09.2025
-
- 14:24 10.09.2025
-
- 14:23 10.09.2025
-
- 14:22 10.09.2025
-
- 14:21 10.09.2025
-
- 14:19 10.09.2025
-
- 14:03 10.09.2025
-
- 12:43 10.09.2025
-
- 12:38 10.09.2025
-
- 12:34 10.09.2025
-
- 12:31 10.09.2025
-
- 12:24 10.09.2025
-
- 12:14 10.09.2025
-
- 12:11 10.09.2025
-
- 12:09 10.09.2025
-
- 12:06 10.09.2025
-
- 11:40 10.09.2025