Artıq 11-ci dəfədir ki, ilbəil Türk dünyasında teatr sənətinə töhfə verən sənətkarlar Beynəlxalq TÜRKSOY Teatr mükafatları ilə təltif edilirlər. Bu günlərdə qardaş Türkiyədə TÜRKSOY və “Anadolu” qəzetinin birgə təşkilatçılığı ilə növbəti ilin laureatları mükafatlandırılıblar.
Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çox sayda iştirakçı qatılıb. Mərasimdə vurğulanıb ki, belə layihələr TÜRKSOY üzvü olan ölkələrin teatrları arasında qarşılıqlı bədii əlaqələri artırmağı, ortaq mədəni irsi səhnə sənətləri vasitəsilə təşviq etməyi hədəfləyir.
Sonra qaliblər elan edilib. Azərbaycandan həmin mükafata Əməkdar incəsənət xadimi, professor Əli Əmirli layiq görülüb. O, Beynəlxalq TÜRKSOY Teatr nominasiyası üzrə “Ən yaxşı dramaturq” mükafatın laureatı olub.
Ə.ƏLİYEV
XQ

