Ələt Azad İqtisadi Zonasında yerləşən karqo hava limanı 2026-cı ildə fəaliyyətə başlayacaq

post-img

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.

“Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir.

İqtisadiyyat