AMB-nin Asiya İnkişaf Bankı ilə sığorta əməkdaşlığı

post-img

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Asiya İnkişaf Bankı (ADB) arasında ölkəmizdə sığorta sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin təkmil­ləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

AMB-nin sədri Taleh Kazımov sosi­al şəbəkədə yaydığı açıqlamada bildirib ki, görüş ADB-nin icraçı direktoru Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutub. Söhbət zamanı qlo­bal iqtisadiyyatın qarşılaşdığı mövcud çətinliklər, Azərbaycanın iqtisadi inkişaf dinamikası, pul siyasətinin istiqamətləri, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin gücləndirilməsi, eləcə də bu sahənin potensial imkanları ətraflı müza­kirə olunub.

Görüşdə AMB və ADB arasında gələ­cək əməkdaşlığın prioritetləri, habelə ADB-nin Azərbaycanın maliyyə sektorun­da iştirak perspektivləri barədə fikir müba­diləsi də aparılıb.

XQ

İqtisadiyyat