İri sahibkarlığa dövlət himayəsi

post-img

Cari ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən iri sahibkarlıq sub­yektlərinə 20 milyon manat kredit veri­lib. Bu barədə Azərbaycan Mərkəzi Ban­kı məlumat yayıb.

Bildirilib ki, iyun ayının sonuna özəl bölmənin bu seqmentinə verilən kreditlərin həcmi 8 milyard 508 milyon manat təşkil edib. Bu da may ayının sonu ilə müqayisə­də 21,4 milyon manat və ya 0,25 faiz çox­dur. Hesabat dövrünə ölkədə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 486 milyon manat olub. Bankın məlumatında o da qeyd olunub ki, ilin iyun ayının sonuna Azərbaycan banklarının biz­nes kredit portfelinin həcmi 15 milyard 144 milyon manat təşkil edib.

Xatırladaq ki, bu il iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 966 iri sa­hibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sa­yının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8 faiz), “Emal sənayesi” (13,3 faiz), “Tikinti” (11,6 faiz), eləcə də “Nəqliyyat və anbar təsərrü­fatı” (6,3 faiz) sahələrində yaradılıb.

İqtisadiyyat