Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

post-img

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək.

Bu barədə XQ ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

İqtisadiyyat