Ərdoğan Trampla danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsinin açıqlamasında bildirilib.

Məlumatı “Anadolu” yayıb. 

Prezident Ərdoğan Vaşinqtonda qatıldığı Ağ Ev müxbirlərinin şam yeməyində silahlı hücum cəhdi ilə bağlı ABŞ-lı həmkarına dəstəyini bildirib.

Türkiyə lideri hadisəni “demokratiya və media azadlığına qarşı dəhşətli bir hərəkət” adlandıraraq, hadisədə yaralanan ABŞ prezidentinin təhlükəsizlik zabitinin tezliklə sağalmasını arzulayıb.

P.ƏMİRCANOV
XQ

 

Dünya