Sərbəst güləş üzrə Avropa ikincisi Arseniy Djioyev (86 kq) təəssüratlarını XQ-yə bölüşüb:
“Allaha şükür olsun ki, bu nəticəni əldə etdim. Fürsətdən istifadə edib, Azərbaycan Güləş Federasiyasına, məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Bizə bu cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Çəkdiyimiz əziyyət onu göstərir ki, gələcəkdə qızıl medal da əldə edə bilərik. Çalışacağam ki, bu medalın əyarını qızıla çevirim”.
Qabil YUSİFOĞLU
XQ

