“Axios”: İran Hörmüz boğazını açmağı və müharibəyə son qoymağı təklif edir

post-img

“Axios” mənbələrə istinadən xəbər verir ki, İran ABŞ-a Hörmüz boğazını yenidən açmağı və hərbi əməliyyatları dayandırmağı, nüvə danışıqlarını isə sonrakı mərhələyə təxirə salmağı təklif edib. 

Nəşrin məlumatına görə, İran tərəfi ABŞ-ın zənginləşdirilmiş uranın çıxarılması və onun istehsalının 10 illik dayandırılması tələblərini müvəqqəti olaraq təxirə salmaqla yanaşı, dəniz blokadasının qaldırılmasına və uzunmüddətli atəşkəsin yaradılmasına diqqət yetirməyi təklif edir.

“Axios” qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası üçün belə bir ssenari əsas təsir gücünün itirilməsi demək ola bilər. Tramp “Fox News”-a verdiyi müsahibədə iqtisadi təzyiqin İranı təslim olmağa məcbur edəcəyinə ümid edərək blokadanı davam etdirmək niyyətində olduğunu bildirib.

Tramp həmçinin deyib ki, artıq administrasiya rəsmilərini İranla danışıqlar üçün Pakistana göndərməyəcək. 

“Axios” əlavə edir ki, Tramp növbəti addımları müzakirə etmək üçün bu gün komandası ilə görüş keçirməcəyi gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya