Bu barədə AMB-dən bildirilib ki, qurum ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının nümayəndə heyəti ilə görüş keçirib. İnteraktiv görüşdə əsas diqqət maliyyə sektorunda, xüsusilə mərkəzi (milli) banklarda müasir təcrübələrin, o cümlədən tənzimləyici yeniliklərin mübadiləsinə yönəldilib.
Konsolidasiya olunan maliyyə hesabatlığı üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanları və inkişafı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələbinə əsasən maliyyə alətlərinin, digər aktiv və öhdəliklərin tanınması və qiymətləndirilməsi, eləcə də yeni maliyyə hesabatlılığı standartlarının tətbiqi prosesləri müzakirə olunub.

