AZCON Holding şirkətlərindən olan ASCO-nun “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.
XQ xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.
Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə-qaynaq işləri görülüb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb.
Qeyd edək ki, uzunluğu 108,33, eni 16,74 metr olan “Hüseyn Cavid” gəmisi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

