UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib.
Bu barədə Öcal Oğuz ADA Universitetində keçirilən “UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması” adlı konfransda çıxışı zamanı məlumat verib. O, konfransa evsahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
Öcal Oğuz çıxışında rəhbərlik etdiyi komissiya ilə Türk dövlətləri arasında əməkdaşlıq perspektivləri barədə danışıb. O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq: “Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Gününün qeyd olunması üçün işləməliyik”.
O deyib ki, UNESCO Türkiyə Milli Komissiyası bu təşəbbüs üzərində işləyir.
XQ

