Mərakeş parlamentariləri Ulu öndərin məzarını ziyarət ediblər

post-img

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti iyunun 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Nümayəndə heyəti Ulu Öndərin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıb.

***

Həmin gün qonaqlar Bakıdakı Zəfər parkını da ziyarət ediblər. Onlar Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Son xəbərlər