“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527, № 12 (I kitab), maddə 1124; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 328-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzasının birinci cümləsində “, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il” sözləri “və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay” sözləri ilə əvəz edilsin;
1.2. Əsasnaməyə 7 saylı əlavə üzrə:
1.2.1. “Öhdəlik” hissəsinin “a” bəndində “ilə” sözü “ay/il” sözləri ilə, “qulluq” sözü “xidmət” sözü ilə əvəz edilsin;
1.2.2. hər dörd halda “Həqiqi hərbi xidmət müddətinin uzadılması” hissələrində “il,” sözü “ay/il,” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527, № 12 (I kitab), maddə 1124; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 328-VIIQD nömrəli Qanunu) 38.1.2-ci maddəsinin birinci cümləsində “daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il” sözləri “və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2026-cı il

