Çay istehsalında artım müşahidə edilib

post-img

Bu ilin yanvar-fevral aylarında ölkədə 1 634,6 ton çay istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata əsasən, cari ilin yanvar ayına nisbətdə isə fevralda istehsal həcmində 17,9 faiz artım qeydə alınıb.

Mart ayının 1-nə hazır məhsul ehtiyatı 73 ton təşkil edib.

İqtisadiyyat