Azərbaycan–Macarıstan iqtisadi komissiyasının iclasına hazırlıq

post-img

Sentyabrda Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçiriləcək.

Bu barədə maliyyə naziri, Komissiyanın həmsədri Sahil Babayevin Macarıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı ilə keçirdiyi görüşdə bildirilib. Görüş zamanı Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub.

S.Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, energetika, əmək, məşğulluq və sosial müdafiə və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.

XQ

Son xəbərlər