XİN-in Portuqaliya və Sudanla bağlı paylaşımı

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Lissabonda “Gloria” funikulyorunun relsdən çıxması hadisəsi bizi dərindən ­kədərləndirdi. Qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb. 

***

XİN Sudanda baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə də başsağlığı verib:

“Bu çətin zamanda qardaş Sudan xalqının kədərini bölüşürük. Yaralılara şəfa diləyir və Sudan xalqının bu faciənin nəticələrini güc və dözümlə dəf edəcəyinə ümid edirik”.

Onu da bildirək ki, Sudanda torpaq sürüşməsi səbəbindən 1000-dən çox insan həlak olub.

XQ

 

Son xəbərlər