BTQ-nin beynəlxalq nüfuzu artır

post-img

Bakı Təşəbbüs Qrupu daha bir mühüm uğur qazanıb. Belə ki, qurumun hazırladığı hesabat BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrikamənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair hesabatda öz əksini tapıb.

Sənəddə BTQ dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət göstərən qlobal vətəndaş cəmiyyətləri arasında yeganə QHT kimi qeyd olunub.

BTQ-nin hesabatında əksini tapan fəaliyyətlər sırasında  2025-ci il yanvarın 21-də keçirilmiş “Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol” adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderland müstəmləkələrində çalışan jurnalistlərin iştirakı ilə təşkil olunmuş Beynəlxalq Mediatur, eləcə də aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfrans yer alıb. 

Bu beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsindəki fəaliyyətlərinin geniş ictimaiyyətə təqdim olunmasına mühüm töhfə verib. Təşkilatın icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT Baş Assambleyasında Afrikamənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış ediblər.

XQ

 

Son xəbərlər