26 ailəyə də evlərinin açarları təqdim olunub

post-img

Dünən köç karvanı ilə Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Seyidbəyli kəndində 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndində isə 8 ailə olmaqla 24 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

XQ

Son xəbərlər