“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 6 ” “ mart ” 2026-cı il
№ 69

