Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibinin və Nazirlikdə ali hərbi rütbəli vəzifələrin siyahısının təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 oktyabr tarixli 514 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 425, № 11, maddə 1085) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur).

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 6 ” “ mart ” 2026-cı il

№ 72

Nazirlər kabinetinin qərarları