Rəqabət Məcəlləsi barədə maarifləndirmə

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, eləcə də özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair görüş keçirilib.

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunan maarifləndirici görüşdə 40-a yaxın nümayəndə iştirak edib. Toplantıda agentliyin təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin tənzimlənməsinin təşkili üzrə rəqabət orqanı tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi metodları” mövzusunda təqdimatla çıxış edib.

Ölkəmizdə rəqabət siyasətinin əsas prinsiplərini iştriakçıların diqqətinə çatdıran şöbə müdiri dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məlumat verib. Eyni zamanda, subsidiyaların və digər dövlət yardımlarının verilməsi, bu sahədə tənzimləmə fəaliyyətinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələləri ətraflı izah edilib.

Görüşdə rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, eləcə də dövlət orqanlarının rəqabəti pozan davranışlarına qarşı sanksiya və göstərişlərin tətbiqi mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.

XQ

Son xəbərlər