MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycanla əməkdaşlığa böyük önəm verir

post-img

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Jdanovu qəbul edib.

Görüşdə Baş prokuror MDB məkanında prokurorluq orqanları arasında əməkdaşlığın əlaqələndirilməsində Şuranın mühüm rol oynadığını vurğulayaraq, qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov Azərbaycan ilə hüquqi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb.

Görüş zamanı cari ilin sentyabr ayında Kazan şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasına hazırlıq məsələləri, həmçinin cari ilin mart ayında Sankt-Peterburq şəhərində təşkil olunacaq görüşlə bağlı fikir mübadiləsi aparılıb. Yuri Jdanov Azərbaycan tərəfini sözügedən tədbirlərdə iştirak etməyə dəvət edib.

XQ

Son xəbərlər