Süni intellekt və sərhəd mühafizəsində şəffaflıq

post-img

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, həmçinin Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və İnformasiya Texnologiyaları İnstitutunun elmi işçiləri iştirak ediblər.

Çıxış edənlər müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafının sərhəd təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb, bu sahədə qabaqcıl təcrübələrin tətbiqinin vacibliyini diqqətə çatdırıblar.

Seminar çərçivəsində mövzu üzrə təqdimatlar dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Daha sonra Xüsusi Məktəbin kursantlarının musiqili çıxışı dinlənilib, onların informasiya texnologiyaları və süni intellektlə bağlı hazırladıqları videotəqdimatlar nümayiş olunub.

XQ



Son xəbərlər