Ceyhun Cəlilov: “Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir”

post-img

Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun   bölgənin strateji əhəmiyyətinin artdığını bildirib.

Onun sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. “Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha da gücləndirir,” – deyə o vurğulayıb.

Ceyhun Cəlilov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi 

inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı 

Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır”

“2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Naxçıvanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”  dayanır.

Sənədin Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin etdiyini vurğulayan səlahiyyətli nümayəndə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpa olunan enerji layihələrinin prioritet istiqamətlər olduğunu qeyd edib.

O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.

Səlahiyyətli nümayəndənin sözlərinə görə, “Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək”

Naxçıvanda keçirilən forumda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək. “Zəngəzur dəhlizi Türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq,” – deyə səlahiyyətli nümayəndə vurğulayıb.

 

 

Son xəbərlər