Argentina hökuməti İkinci Dünya müharibəsindən sonra Cənubi Amerika ölkəsinə qaçan nasistlərlə bağlı məxfi sənədləri açıqlayıb.
TASS xəbər verir ki, hökumət saytı, xüsusən də, konsentrasiya düşərgəsinin məhbusları üzərində təcrübələr aparan həkim Josef Mengele haqqında Argentina kəşfiyyatının hazırladığı dosyeni dərc edib.
“Kolleksiyaya 7 dosyedə toplanmış 1850-dən çox sənəd daxildir”, - nəşr olunan arxivin təsvirində deyilir.
Saytda xüsusilə İsrail kəşfiyyatının əməliyyatı nəticəsində Argentinadan qaçırılan Adolf Eyxmann, konsentrasiya düşərgəsinin gözətçisi Edvard Roşman və Gestapo zabiti Valter Kutşmanla bağlı dosyelər var.
S.ELAY
XQ