Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub.
Konsertdən öncə dövlət muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək müstəqil Azərbaycanın xilaskarı – ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə olan böyük diqqət və qayğısından danışıb. Sonra “Milli Qurtuluş Günü” adlı videoçarx nümayiş olunub. Konsert proqramında isə Bakı Musiqi Akademiyasının müəllimi, respublika müsabiqələri laureatı Nigar Əsədovanın rəhbərliyi ilə tələbələrin ifasında Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim edilib.
XQ