ABŞ-də keçirilən 98-ci “Oskar” mükafatlandırma mərasimində ilin ən yaxşı aktyor və aktrisası nominasiyalarının qalibləri açıqlanıb.
XQ xəbər verir ki, ABŞ-nin "Dolby Theatre" səhnəsində keçirilən mərasimin aparıcısı məşhur amerikalı komediyaçı və televiziya aparıcısı Conan O'Brien olub.
Son 25 ildə ilk dəfə olaraq kateqoriyalar siyahısına yeni bir nominasiya - "Ən yaxşı kastinq" əlavə edilib.
Ən yaxşı film nominasiyası üzrə:
"One Battle After Another"
Ən yaxşı rejissor nominasiyası üzrə:
"One Battle After Another" - Paul Tomas Anderson
Ən yaxşı aktyor nominasiyası üzrə:
Maykl B. Cordan - "Sinners"
Ən yaxşı aktrisa nominasiyası üzrə:
Cesi Bakli - "Hamnet"
Ən yaxşı ikinci plan aktyor nominasiyası üzrə:
Şon Penn - "One Battle After Another"
Ən yaxşı ikinci plan aktrisa nominasiyası üzrə:
Emi Mediqan - "Weapons"
Ən yaxşı qısametrajlı animasiya filmi nominasiyası üzrə:
"The Girl Who Cried Pearls"
Ən yaxşı tammetrajlı animasiya filmi nominasiyası üzrə:
"KPop Demon Hunters"
Ən yaxşı kostyum dizaynı və ən yaxşı makiyaj və saç düzümü nominasiyaları üzrə:
"Frankenstein"
Ən yaxşı kastinq nominasiyası üzrə ("Oskar" tarixində ilk dəfə):
Kassandra Kulukundis - "One Battle After Another"
Bədii qısametrajlı film nominasiyası üzrə:
"The Singers" və "Two People Exchanging Saliva"
Ən yaxşı orijinal ssenari nominasiyası üzrə:
"Sinners" - Rayan Kuqler
Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyası üzrə:
"One Battle After Another" - Paul Tomas Anderson
Ən yaxşı istehsal dizaynı nominasiyası üzrə:
"Frankenstein"
Ən yaxşı vizual effekt nominasiyası üzrə:
"Avatar: Fire and Ash"
Ən yaxşı qısametrajlı sənədli film nominasiyası üzrə:
"All the Empty Rooms"
Ən yaxşı sənədli film:
"Mr. Nobody Against Putin"
Ən yaxşı orijinal musiqi nominasiyası üzrə:
"Sinners" - Lüdviq Yoransson
Ən yaxşı səs nominasiyası üzrə:
"F1"
Ən yaxşı montaj nominasiyası üzrə:
"One Battle After Another"
Ən yaxşı operator işi nominasiyası üzrə:
"Sinners"
Ən yaxşı xarici dildə film nominasiyası üzrə:
Norveç - "Sentimental Value"
Ən yaxşı mahnı nominasiyası:
"KPop Demon Hunters"

