Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.
Siz Azərbaycanın yeni tarixini yazırsınız. Müxtəlif ölkələrə səfərləriniz, xüsusən ABŞ Prezidenti tərəfindən Ağ Evə dəvət və orada Sizin fəaliyyətinizə verilən yüksək qiymət bunu bir daha təsdiq edir. Sizin həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz bəhrələrini verməkdədir.
Möhtərəm cənab Prezident, Sizin xalqa arxalanaraq, bir an olsun belə dayanmadan apardığınız siyasət ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Azərbaycan yeganə ölkədir ki, İkinci Dünya müharibəsindən sonra öz ərazi bütövlüyünü tam bərpa etdi. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcək.
Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
Asəf Hacıyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisinin Baş katibi

