Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtaydan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri olaraq Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə dərin hörmət və ehtiramımızı ifadə edirik.

Sizin müdrik rəhbərliyiniz, ardıcıl və prinsipial siyasətiniz nəticəsində Azərbaycan öz suverenliyini və milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə qoruyur. Zəngəzur dəhlizi ilə bağlı strateji baxışın formalaşdırılması, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi və 907-ci düzəlişin tətbiqinin dayandırılması ölkəmizin haqq işinin beynəlxalq səviyyədə qəbul olunmasının bariz nümunəsidir. Bu nailiyyətlər xaricdəki bütün azərbaycanlılar kimi, Finlandiyada yaşayan soydaşlarımız üçün də böyük qürur mənbəyi və mənəvi dayaqdır.

Biz Sizin rəhbərliyinizlə Azərbaycanın daha güclü və qüdrətli gələcəyə doğru inamla irəlilədiyinə əminik və hər zaman dövlətimizin yanında olduğumuzu bəyan edirik.

Eyni zamanda, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Vasif Muradlı və Arzu Oqtay

Finlandiya Azərbaycanlıları Assosiasiyası həmsədrləri

Məktublar