İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağayevadan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, tükənməz enerji arzulayırıq.

Azərbaycanın daha da inkişafı, güclənməsi və beynəlxalq arenada nüfuzunun artması ilə bağlı fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirik.

Siz Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, ölkəmizin hər sahədə inkişaf etməsi üçün əzmlə çalışaraq xalqımıza verdiyiniz bütün vədləri yerinə yetirirmisiniz. Vətənimizin dilbər guşəsi olan Qarabağı işğaldan azad edərək xalqımıza böyük sevinc bəxş etmiş, ata vəsiyyətini həyata keçirmisiniz. Siz müdrik və qətiyyətli siyasət apararaq, bütün çətinliklərə cəsarətlə sinə gərərək haqq səsimizi dünyaya çatdırmısınız, Azərbaycanı qalib, qüdrətli dövlət kimi tanıtmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına, xalqımızın daha xoşbəxt həyat yaşayacağına əminik.

Möhtərəm Prezidentimiz, Sizi, həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza ərməğan etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik. Hər zaman Sizin və dövlətimizin ətrafında sıx birləşərək Vətənimizə xidmət etməyə hazır olduğumuzu bildiririk.

Dərin hörmət və ehtiramla,

Var olun, cənab Prezident!

 

Xuraman Ağayeva

İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri

Məktublar