Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№  198  Bakı şəhəri, 4 iyul 2025-ci il

“Hava məkanından istifadə və uçuş Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.29-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024,    № 2, maddə 209) və “Azərbaycan Respublikasının uçuş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 4 nömrəli qərarları ləğv edilsin. 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
 

Nazirlər kabinetinin qərarları