№ 242 Bakı şəhəri, 4 avqust 2025-ci il
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884 (Cild I); 2024, № 5 (II kitab), maddə 612, № 9, maddə 1090) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” üzrə:
1.1. “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
1.2. “Akkreditasiya attestatı” bölməsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Yenilənmə tarixi: ______________20__ il”;
(gün, ay, il)
1.3. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” hissəsi aşağıdakı redaksiyada verilsin:
“burada “X” – ölçü vahididir və onun dəyəri “Z” hərfinin eninin ölçüsünə bərabərdir. Akkreditasiya nişanının minimum ölçüsü 12 mm-dir.”.
2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası” üzrə:
2.1. 1.5-ci bənddə “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
2.2. 2.4.2-ci yarımbəndə və “Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların reyestrinin forması” hissəsinə “verilmə” sözündən sonra “, yenilənmə” sözü əlavə edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Akkreditasiya orqanının Apellyasiya Şurasının Əsasnaməsi” üzrə:
3.1. 1.2-ci bənddə “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;3.2. 3.1-ci bəndə “Respublikasının” sözündən sonra “Prezidenti yanında” sözləri əlavə edilsin.
4. Həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası” üzrə:
4.1. 1.2-ci bənddə “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
4.2. 2.7-ci bəndin birinci cümləsində və 2.8-ci bənddə “1 (bir)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin;
4.3. “Fəaliyyətin razılaşdırılması haqqında attestatın forması” bölməsində “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
4.4. “Xarici ölkənin uyğunluğunu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətinin razılaşdırılması haqqında Attestat” bölməsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Yenilənmə tarixi: ______________20__ il”.
(gün, ay, il)
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri