Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 240  Bakı şəhəri, 4 avqust 2025-ci il

“Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması”nın təsdiq edilməsi və “Qocalar və əlillər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi və ruhi-əsəb internat evlərində ayaqqabılardan, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri”nin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 2 avqust tarixli 422 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun həyata keçirilir.

3. “Qocalar və əlillər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi və ruhi-əsəb internat evlərində ayaqqabılardan, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri”nin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 2 avqust tarixli 422 nömrəli Qərarı 6-cı hissəsi istisna olmaqla ləğv edilsin. 

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
 

 

Nazirlər kabinetinin qərarları