№ 374 4 dekabr 2025-ci il, Bakı şəhəri
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1279 (Cild I); 2024, № 12 (I kitab), maddə 1323) 1-ci hissəsinin “Şuranın üzvləri:” bölməsinin ikinci, yeddinci və on dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
“Həsənov Ceyhun Rafiq oğlu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini – iqtisadi statistika sektorunun müdiri
Hüseynzadə Samir Allahverən oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini – Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri
Abdullayev Cəlal Rövşən oğlu - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

