№ 376 4 dekabr 2025-ci il, Bakı şəhəri
“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755 (Cild I); 2024, № 4, maddə 437, № 12 (II kitab) maddə 1444) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Dövlət orqanlarında (mərkəzi icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanlarda) kadr qurumları həmin orqanların mövcud ştat sayı dairəsində işçilərinin sayına mütənasib olaraq aşağıdakı cədvələ uyğun olaraq təşkil edilir:


