TƏBİB “Açıq qapı” günü keçirəcək

post-img

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejimin gücləndirilməsi ilə yanaşı, xüsusilə risk qruplarına daxil olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb. Bu istiqamətdə TƏBİB tərəfindən oktyabrın 13-də Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçiriləcək.

XQ xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, peyvənd prosesini izləmələrinə şərait yaratmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Səhiyyə