Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının milli bayramı münasibətilə Federal Prezident Aleksander Van der Belleni və Avstriya xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda qeyd edilib:
“Hörmətli cənab Federal Prezident,
Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

