Fərhad Məmmədov: Biz bu sınaqdan da kifayət qədər uğurla çıxdıq

post-img

Nə Rusiya-Ukrayna müharibəsi, nə də Yaxın Şərqdəki müharibə sülh prosesinə hər hansısa mənfi bir təsir göstərmir. Ölkəmizə qarşı ilk hücum baş verdikdə, Ermənistan tərəfi Azərbaycana zəng edərək baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə etdi. Bu da öz növbəsində sülh gündəliyinin bir göstəricisi idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

“Hazırda həm Azərbaycan, həm Ermənistan bu gündəlikdə nə mümkündürsə - həm siyasi-iqtisadi səviyyədə, eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində onu həyata keçiririk. Düşünürəm ki, biz bu sınaqdan da kifayət qədər uğurla çıxdıq, münaqişə sülh prosesinə hər hansı mənfi təsir göstərmədi", - deyə mərkəz direktoru diqqətə çatdırıb.

F.Məmmədov ikitərəfli sülh prosesinin avtonom inkişaf etdiyini vurğulayaraq hər iki hökumətin birgə məsuliyyəti ilə xarici partnyorların sülh proseslərinə təsirinin minimallaşdırıldığını sözlərinə əlavə edib.

Siyasət