“Omeqa-3” yağ turşularının geniş yayılan balıq mənşəli növüdür. Sağlamlıq üçün faydalı olan “Omeqa-3” tuna, siyənək, skumbriya kimi yağlı balıqlardan əldə olunan heyvan mənşəli yağ qrupuna daxildir.
Tərkibində yağ turşuları və D vitamini olan “Omeqa-3” istehlak üçün faydalı sayılır. Otaq şəraitində saxlanılan və maye halda olan bu balıq yağı bütün insanların, xüsusilə də uşaqların asanlıqla istehlak edə biləcəyi qida əlavəsidir.
Elmi araşdırmalar göstərir ki, D vitamini ilə zəngin olan “Omeqa-3” sümükləri möhkəmləndirir, qaraciyərin yağlanmasının qarşısını alır, ürək-damar sistemi xəstəliklərinin profilaktikasında, həmçinin xərçəngin qarşısının alınmasında və iltihabi proseslərin azalmasında rol oynayır.
A vitamini ilə zəngin olan balıq yağı, xüsusilə, uşaqlarda görmə qabiliyyətini, immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur, onlarda sağlam böyüməni və inkişafı təmin edir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

