Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 983 uşağa sosial xidmətlər göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 676 nəfəri stasionar, 307 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.
Həmin xidmətlərə Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.
Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə uşaqlarla bağlı fərdi inkişaf planı tərtib edilir, onlarla sosial iş aparılır və sosial dəstək tədbirlərinə cəlb olunurlar.