Naxçıvanda vitamin aksiyası

post-img

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq bağçalarında D vitamininin profilaktik məqsədlə paylanması üzrə xeyriyyə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində əsas məqsəd uşaqların sağlam inkişafının dəstəklənməsi, immun sistemlərinin möhkəmləndirilməsi və D vitamini çatışmazlığı ilə bağlı risklərin azaldılması olub. Aksiya, həmçinin raxit və digər hipovitaminoz hallarının profilaktikasında mühüm rol oynayıb.

Naxçıvan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində 1670 uşaq müayinədən keçirilib, onlardan 233 nəfər dispanser qeydiyyatına götürülüb və ümumilikdə, 2249 doza D vitamini paylanılıb.

Aksiya zamanı muxtar respublikada rayonlar üzrə fəaliyyət göstərən uşaq bağçalarında isə ümumilikdə 1241 uşaq tibbi nəzarətə cəlb olunub, onlardan 955 nəfəri ilkin tibbi müayinədən keçib, 151 nəfər dispanser qeydiyyatına alınıb. Eyni zamanda, 1241 uşağa D vitamini paylanılıb.

XQ

Sosial həyat