Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində bir nəfər kanalda batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Xəbəri FHN mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
P.ƏMİRCANOV
XQ