Çin Hindistan və Pakistanı münaqişəni sülh yolu ilə həlli etməyə və vəziyyətin gərginləşməsinə imkan verməməyə çağırıb. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatına görə, Pekin bu işdə konstruktiv rol oynamağa hazırdır.
Məlumatı “İnterfaks.ru” verib.
“Biz həm Hindistanı, həm də Pakistanı sülh və sabitliyə üstünlük verməyə, sakitliyi və təmkinliyi qorumağa, sülh yolu ilə siyasi nizamlanma yoluna qayıtmağa və gərginliyi daha da artıracaq hərəkətlərdən qaçmağa çağırırıq”, - XİN bildirib.
Çin tərəfinin fikrincə, “bu, Hindistan və Pakistanın fundamental maraqlarına cavab verir, regional sülh və sabitliyə töhfə verir və beynəlxalq ictimaiyyətin ümumi gözləntisidir”.
"Çin bununla bağlı konstruktiv rol oynamağa davam etməyə hazırdır", - bəyanatda deyilir.
Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də bir qrup yaraqlının Hindistanın şimalında turistik məkanda insanlara atəş açmasından sonra pisləşib. 26 nəfər ölüb. Hindistan hücuma görə Pakistanı günahlandırıb.
Çərşənbə günü gecə Hindistan ordusu Pakistan ərazisində yerləşən infrastruktura və İslamabadın nəzarətində olan Kəşmir bölgələrinə hava zərbələri endirib. Pakistan qüvvələri cavab zərbələri endirib.
P.ƏMİRCANOV
XQ