Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mayın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bundan əlavə, keçirilən növbəti tədbirlər nəticəsində paytaxtın Qaradağ və Nəsimi rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 1 mərmi tapılaraq götürülüb. Həmçinin 3 nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 28 patronu polisə könüllü təhvil verib.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ