“Məşğulluğa Dəstək Layihəsi” üzrə ötən dövrdə 25 minə yaxın şəxs üçün təsərrüfatlar qurulub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib.

Bu barədə məlumatı ƏƏSMN verib.

Verilmiş avadanlıqlar hesabına onlar istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

2020-2025-ci illəri əhatə edən bu Layihə özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.

22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq 2025-ci ilin sonunadək 26 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənib.

Sosial həyat