Göyçayda intensiv bağların sahəsi artır

post-img

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində millət vəkili Məzahir Əfəndiyevlə görüş keçirilib

Millət vəkili Məzahir Əfəndiyev Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) fəaliyyəti ilə tanış olub, DAİM kollektivi və fermerlərlə görüşüb.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli millət vəkilinə Nazirliyin fəaliyyət istiqamətləri, aqrar sahədə aparılan islahatlar, qarşıda duran hədəflər və yanaşmalar, rayonlarda fəaliyyət göstərən dövlət aqrar inkişaf mərkəzləri tərəfindən fermerlərə göstərilən informasiya məsləhət xidmətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, DAİM-lərin fəaliyyətində əsas məqsəd işlərin səmərəliliyini, operativliyini və effektivliyini artırmaq, idarəetmə sistemini təkmilləşdirmək, yaranmış problemlərin operativ həllini təmin etməkdən ibarətdir. Bu hədəflərə nail olmaq üçün Nazirliyin tabeli qurumlarında çalışan rəhbər və mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulub.

Görüş zamanı millət vəkilinə aqrar sahənin inkişafına dövlət dəstəyi tədbirləri, aqrar subsidiya siyasəti, aqrar sığorta mexanizminin tətbiqi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi barədə geniş məlumat verilib.

Daha sonra görüş iştirakçıları Göyçay rayonunun Mirzəhüseynli kəndində intensiv nar, xurma və şaftalı bağlarına baş çəkib, bağlarda aparılan mövsümi qulluq işləri ilə tanış olublar. Qeyd olunub ki, Göyçayda meyvəçilik kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Son illərdə yeni salınan intensiv meyvə bağlarına dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

Fermerlə görüşdə ölkəmizdə müasir bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri, istehsal olunan məhsulun satışının təşkili istiqamətində müzakirələr aparılıb, fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.









Sosial həyat