Ukraynanın baş naziri Denis Şmıxal İspaniyaya səfəri çərçivəsində kral VI Filiplə görüşüb. O, bu barədə iyunun 30-da Telegram-da məlumat verib.
“Mən İspaniya Kralı Əlahəzrət VI Filip və Kraliça Letisiya ilə görüşdə iştirak etdim. Rusiya ilə genişmiqyaslı müharibə başlayandan İspaniyanın Ukraynaya göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirdim. Biz Ukrayna xalqı ilə həmrəyliyi və bizim üçün çətin anlarda köməyi yüksək qiymətləndiririk”, - hökumət başçısı yazıb.
Şmıhal İspaniyanın Baş naziri Pedro Sançes ilə də danışıqlar aparıb. Onlar ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Şmiqalın sözlərinə görə, Ukrayna İspaniyaya pilotsuz təyyarələrin və digər müdafiə texnologiyalarının birgə istehsalının yaradılmasını təklif edir. Ölkələr həm də Rusiya pilotsuz təyyarələrinin tutulması üçün həll yolu üzərində işləyirlər.
Hökumət başçısı vurğulayıb ki, İspaniyadan ayrılacaq yardımın ümumi məbləği 2 milyard avrodan çox olacaq.
Ukraynanın bərpası, dövlətimizin Avropaya inteqrasiyası kimi mövzular da müzakirə olunub”.
Xatırladaq ki, 2025-ci ildə İspaniya Ukraynaya 1 milyard avro dəyərində hərbi yardım verəcək. Bunu fevralda Kiyevdə keçirilən Ukraynaya dəstək təşkilatının plenar iclasında baş nazir Pedro Sançes deyib.
P.ƏMİRCANOV
XQ